TƏRƏFDAŞLAR


Məqalələr

Mirzə Ələkbər Sabir yaradıcılığının sənət konsepsiyası

Ulduz Qəhrəmanova
DOI: 10.48445/o5758-7992-8046-i
ORCID ID: https://orcid.org/0009-0003-4418-9319
Tarix: 04 Mart 2024

XÜLASƏ  

XX əsr Azərbaycan tarixində milli şüurun formalaşması, millətin mövcudluğu və özünü təsdiq etməsi uğrunda mübarizələr dövrü idi. Bu dövrdə Azərbaycan xalqının milli mənlik şüurunun formalaşması bilavasitə tənqidi realizmin xidməti ilə bağlı idi. Məlumdur ki, millət məfhumunu təşkil edən əlamətlərdən biri milli özünüdərkdir. Milli özünüdərk bu və ya digər millətə mənsub olduğunu şüurlu olaraq anlamaqdır. M.Ə.Sabir satiralarında burjua münasibətləri zəminində meydana çıxan sosial təbəqə və zümrələri milli birlik uğrunda mübarizəyə səsləyirdi. Milli şüuru oyatmaq, vətəndaş birliyinə və düşüncəsinə nail olmaq Sabirin sənət kredosu, sənət konsepsiyası idi. Şair öz sənət kredosu uğrunda mübarizə və mücadiləyə “işin ibtidası”ndan – tərbiyədən başlamışdı. Onun tərbiyə məktəbində sinif, yaxud təbəqə, zümrə ayrı-seçkiliyi yox idi.  


AÇAR SÖZLƏR 

satira, M. Ə. Sabir, XX əsr, tənqidi realizm, millilik, vətəndaşlıq  


 

Məqaləni yüklə

İNDEKSLƏMƏ