TƏRƏFDAŞLAR


Məqalələr

Abbasqulu ağa Bakıxanovun yaradıcılığında multikultural dəyərlər və tolerantlıq

Pərixanım Soltanqızı (Hüseynova)
DOI: 10.48445/s8009-8147-5403-t
ORCID ID: https//orcid.org/0000-0001-9391-6162
Tarix: 04 Mart 2024

XÜLASƏ 

Məqalədə Abbasqulu ağa Bakıxanovun XIX əsr Azərbaycan ədəbiyyatında maarifçi realist mövqeyindən, ədəbi əlaqələrindən, Tiflisdə şərq dilləri üzrə mütərcim vəzifəsində çalışdığı illərdən bəhs olunur, bədii yaradıcılığında multikultural dəyərlər və tolerantlıq araşdırılır. “Xəyalın uçuşu” poemasında vaxtilə bir yerdə çalışdığı general feldmarşal İ.F.Paskeviçi, şeirlərində yəhudi peyğəmbər Musanı xatırlaması, gözəli İsa Məsihlə müqayisə etməsi şairin xristian dininə, peyğəmbərinə dərin ehtiram və məhəbbətinin bədii təcəssümü kimi təhlil edilir. “Tatar nəğməsi” əsərində iki fərqli dinə mənsub gəncin bir-birinə olan eşqi ön plana çəkilir, onların simasında həqiqi məhəbbətin qarşısında hər cür maneə elmi-bədii təhlillərlə ifadə olunur. Şairin gürcü xalqına məhəbbəti, onun mədəniyyətinə heyranlığı, əhalisinin qonaqpərvərliyi, şirindilli gürcü qızlarının tərənnümü və s. ədibin bədii yaradıcılığında tolerantlığın ifadəsi kimi təhlilə cəlb edilir. Müəllif mülahizələrini sitatlar üzərində elmi cəhətdən əsaslandırır, elmi polemikaya yer ayırır. 


AÇAR SÖZLƏR 

poeziya, humanizm, multikultural dəyərlər, tolerantlıq, bəşərilik, dini xurafat 

Məqaləni yüklə

İNDEKSLƏMƏ