Patrik Züskind: “Parfümer” və Jan-Batist Qrenuy
Sevinc QəmbərovaDOI: https://doi.org/10.48445/n6168-2457-9243-d
ORCID ID: https://orcid.org/0000-0002-2673-5051
Tarix: 23 Avqust 2025
XÜLASƏ
Müasir alman ədəbiyyatının tanınmış nümayəndəsi
Patrik Züskindin “Parfümer” romanı dünya miqyasında ən çox oxunan və bir çox
dillərə tərcümə edilən orijinal əsərlərdən biridir. Roman postmodernizm ədəbi cərəyanının
məhsulu kimi qiymətləndirilir. Məqalədə romanın müəllifi haqqında, romanda baş
verən hadisələr və baş qəhrəman Jan-Batist Qrenuy barədə məlumat verilmişdir. Tədqiqat
zamanı təsviri, müşahidə və müqayisə metodlarına müraciət olunmuşdur. Belə ki,
romanda baş verən hadisələr təsvir edilmiş, digər əsərlər və qəhrəmanlarla
müqayisələr aparılmış, əlaqədar mövzu ilə bağlı aparılan müşahidələr, ümumiləşdirmələr,
təzadlar təqdim edilmişdir. Məqalədə Patrik Züskindin həyatında baş verən hadisələrin
onun əsərlərinə təsiri araşdırılmış, postmodernizm cərəyanını izah edən fikirlərə
yer verilmişdir. Yeri gəldikcə əsərin süjet xətti və qəhrəmanı Azərbaycan və
dünya ədəbiyyatındakı digər əsərlərlə müqayisə olunmuşdur. Qeyri-sağlam təxəyyüldən
doğan ideya uğrunda insanları qətlə yetirən Qrenuy və Raskolnikov obrazları
(Fyodor Dostoyevski) bir-birinə bənzədilmiş, üfunətli məkanda tükürpədici doğuş
zamanı anasının qətlinə səbəb olan insan cildli əcaib bir varlığın gəlişindən
verilən xəbər Mirzə Cəlilin Xudayar bəy obrazını (“Eşşəyin itməkliyi”) təsvir
edərkən verdiyi ismarışlar müqayisə olunmuşdur.
AÇAR
SÖZLƏR
Patrik
Züskind, roman, Qrenuy, ətir, postmodernism










































