İbtidai sinif şagirdlərinin yazılarındakı səhvlərin islahı rabitəli nitqin inkişafı üzrə işin əsası kimi
Maya QasımovaDOI: https://doi.org/10.48445/z5094-4023-4467-p
ORCID ID: https://orcid.org/0000-0001-9116-4331
Tarix: 23 Avqust 2025
XÜLASƏ
Şagirdlərdə oxuduğunu, eşitdiyini və gördüyünü ədəbi
dil normalarına uyğun şifahi və yazılı şəkildə ifadə etmək bacarığını
formalaşdırmaq dil təlimi qarşısında duran əsas vəzifələrdən biridir.
Müasir dövrdə təhsilin məzmunu məktəblilərin şifahi və yazılı rabitəli nitqinin
inkişafı probleminə diqqətin artması ilə xarakterizə olunur. Hazırda məktəblilərin
kommunikativ tərbiyəsinə xüsusi əhəmiyyət verilir. Bu, təsadüfi deyil, çünki
şagirdlərin nitq inkişafında əldə etdikləri nailiyyətlər digər fənlərin mənimsənilməsinin
effektivliyini müəyyənləşdirir, onların ictimai həyatda fəal iştirakına şərait
yaradır, zəruri nitq bacarıqları ilə təmin edir, nitq mədəniyyətinə yiyələnmələrinə
imkan yaradır. Lakin bu gün bir sıra məktəblərin ibtidai siniflərinin Azərbaycan
dili dərslərində apardığımız müşahidələr və sinif müəllimlərilə söhbətlər
onu deməyə əsas verir ki, şagirdlərin rabitəli nitq bacarıqlarının formalaşdırılmasına
yetərincə diqqət ayrılmır. Şagirdlərin fikirlərinin ifadəsindəki dolaşıqlıq,
qeyri-dolğunluq, qeyri-dəqiqlik və bəsitlik müəllim tərəfindən qeydə alınmır
və bu problemlə bağlı hər hansı bir işin aparılması planlaşdırılmır. Məqalədə
ibtidai sinif şagirdlərinin inşa yazılarında tez-tez rast gəlinən səhvlər müəyyənləşdirilir,
inşa yazılarına hazırlıq məqsədilə işin təşkili zərurəti vurğulanır və bu
istiqamətdə görüləcək işlər işıqlandırılır.
AÇAR
SÖZLƏR
rabitəli nitq, ibtidai məktəb, inşa yazıya
hazırlıq, səhvlər üzərində işin təşkili










































