Dilin sadələşməsində poeziyanın rolu
Sədaqət HəsənovaDOI: https://doi.org/10.48445/o0871-5022-3493-a
ORCID ID: https://orcid.org/0009-0002-9996-6229
Tarix: 23 Avqust 2025
XÜLASƏ
Məqalədə dilin
inkişafı və sadələşməsində poeziyanın rolundan bəhs olunur. Ünsiyyət vasitəsi
olan dilin mədəniyyətin daşıyıcısı kimi zamanla dəyişərək təkmilləşməsi
prosesindəki mərhələlərdən biri olaraq onun sadələşməsi məsələsi ön plana
çıxarılır. Məqalədə dilin sadələşməsi anlaşmanın asanlaşması, sözlərin daha
aydın və qısa şəkildə istifadə edilməsi baxımından poeziyanın qiymətli bir
qaynaq olduğu əsaslandırılır. Poeziya ifadə qabiliyyətini və emosional təsiri
artıran bir vasitə olmaqla yanaşı, dilin inkişaf və sadələşməsindəki
əhəmiyyətini faktlara əsaslanan materiallarla təsdiq edir. Poeziyanın qısa, mənalı sözlərlə
dərin fikir və hissləri çatdırması dilin sadələşməsinin təbii bir nəticəsi kimi
dəyərləndirilir.
AÇAR
SÖZLƏR
dil, söz, ifadə, poeziya, sadələşmə










































