Təsisçi
Ünvan: AZ1008, Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai prospekti, 49
Tel / Fax (+994 12) 599-11-55; (+994 12) 496-06-47
E-mail: office@edu.gov.az
Veb sayt: http://edu.gov.az
Jurnal haqqında
“Azərbaycan dili və ədəbiyyat tədrisi” il ərzində 4 dəfə (mart, iyun, sentyabr, dekabr) dərc edilən resenziyalı, açıq girişli elmi-metodik jurnaldır. 1954-cü ildən nəşr olunur. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 5 may 1997-ci il tarixli əmri ilə Nizamnaməsi təsdiq edilmiş, Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyində dövlət qeydiyyatına alınmışdır. Seriya AB № 022436 / Qeydiyyat № B236
ISSN 2790-0738 (Print)
ISSN 2791-0911 (Online)
Jurnalın tarixi
“Azərbaycan dili və ədəbiyyat tədrisi” jurnalı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin elmi-metodik nəşridir. 1954-cü il iyun ayının 15-i “Azərbaycan məktəbi” jurnalının metodik əlavəsi olaraq təsis edilmişdir. 1990-cı il dekabr ayının 3-dən etibarən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin müstəqil elmi-metodik nəşri olaraq “Ana sözu” adı ilə dərc edilməyə başladı və 1997-ci il aprel ayının 2-dən bu günədək “Azərbaycan dili və ədəbiyyat tədrisi” adı ilə dərcini davam etdirir.
Jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi dövri elmi nəşrlər sırasına daxildir.
Jurnalın baş redaktorları
Jurnalın ilk baş redaktoru filologiya elmləri doktoru, professor Əbdüləzəl Dəmirçizadə (1954-1959) olmuşdur. Növbəti illərdə jurnala ölkədə və SSRİ miqyasında tanınmış alimlər: pedaqoji elmlər doktoru Ağamməd Abdullayev (1959-1975), Əziz Əfəndizadə (1975-1991), Mirabbas Aslanov (1991-1994), Bahəddin Yunusov (1994-2003), Məhəmməd Baharlı (2007-2019) baş redaktorluq etmişlər.
Hazırda (2021-ci ildən) jurnalın baş redaktoru Sehran Səfərovdur.