“Azərbaycan dili və ədəbiyyat tədrisi” jurnalı yüksək
etik nəşr standartlarını qoruyub saxlayacağını və bütün müəlliflərə qarşı tamamilə
qərəzsiz olacağını bildirir. Jurnal rəyçilərdən də eyni standartları qoruyub
saxlamağı gözləyir.
Rəy Prosesi
Rəy prosesi aşağıdakı formada həyata keçirilir:
Məqalə redaksiyaya daxil olduqdan sonra öncə onun rəy
prosesinə uyğunluğu yoxlanılır. Bunun üçün məqalə ilk olaraq antiplagiat proqramından keçirilir, onun jurnalın tələb və mövzu dairəsinə uyğun hazırlandığı yoxlanılır. Bu meyarlara uyğun gəlməyən, eləcə
də elmi cəhətdən zəif əlyazmalar rəy prosesinə göndərilmir. Əlyazma ilkin olaraq redaksiya tərəfindən yoxlanıldıqdan sonra "ikitərəfli anonim rəy" formasında (double-blind review) nəzərdən
keçirilməsi üçün jurnalın redaksiya heyətinə və ya ixtisaslı iki kənar rəyçiyə təqdim
edilir. Redaksiya rəyçilərin şərhlərini mümkün qədər tez ̶ 7-10 iş
günü ərzində alır. Rəyçilər tərəfindən təqdim olunan şərhlər redaksiyada nəzərdən
keçirilir və müəlliflərə aşağıdakı tövsiyələrdən biri verilir:
- Məqalə
dərc edilməyə tam uyğundur;
- Məqalədə düzəliş edilməlidir;
- Çap
edilmir.
Məqalə dərc edilməyə tam uyğundur: Əlyazmanın jurnalın nəşr siyasətinə uyğunluğunu təmin etmək üçün redaksiya tərəfindən son yoxlama işləri aparılır və onun qəbulu barədə müəllifə məlumat verilir.
Məqalədə düzəliş edilməlidir: Müəllifə təklif olunan zəruri dəyişikliklərlə əlyazmasının yeni versiyasını yenidən təqdim etməli olduğu barədə məlumat verilir.
Çap edilmir: Məqalə çapa uyğun görülmədiyi təqdirdə, müəllifə təqdim edilmiş rəy hesabatı göndərilir və onun əlyazmasının jurnalda dərc olunmaq üçün nəzərdən keçirilməyəcəyi barədə əsaslı məlumat verilir.
“Azərbaycan dili və ədəbiyyat tədrisi” jurnalı tədqiqat işlərinin sərbəst şəkildə ictimaiyyətə təqdim edilməsinin daha geniş və qlobal bilik mübadiləsini dəstəkləməsi prinsipi əsasında fəaliyyət göstərən açıq girişi təmin edən (Open-Access) resenziyalı elmi-metodik jurnaldır. Elmi məqalələrin tam mətnlərinə giriş jurnalın rəsmi internet saytının (www.tall.edu.az) Arxivlər bölməsində təqdim olunur. Jurnalın bütün məqalələri Creative Commons Attribution-NonCommercial 4.0 International (CC-BY-NC 4.0) lisenziyasının şərtləri əsasında yayımlanır və çap edilir.
Ədalətlilik prinsipi
Redaktorlar müəlliflərin cinsindən, irqindən, dinindən, vətəndaşlığından və siyasi baxışlarından asılı olmayaraq, əlyazmaları intellektual məzmununa görə qiymətləndirirlər.
Orijinallıq və plagiat
Müəlliflər redaksiyaya orijinal məqalə yazıb göndərməlidirlər.
Plagiat məqalələr
redaksiya tərəfindən qəbul edilmir.
Plagiat
müxtəlif formalarda olur: başqasının məqaləsini
müəllifin öz məqaləsi kimi təqdim etməsi, başqasının məqaləsinin əhəmiyyətli
hissələrini köçürməyə və ya başqa sözlə ifadə etməyə (istinad etmədən) cəhd etməsi,
başqaları tərəfindən aparılan tədqiqat işlərinin nəticələrini mənimsəmək və s.
Bütün formalarda plagiat qeyri-etik davranış hesab edilir və onun istifadəsi qəbuledilməzdir.
Müəlliflik hüquqları
Jurnalda çap edilən məqalələrin eyni ilə digər nəşrlərdə (məqalənin tezis şəklində dərc olunmuş variantı istisnadır) dərcinə yalnız redaksiyanın yazılı icazəsi, sitatların verilməsinə isə mənbə göstərilmək şərti ilə yol verilir. Əvvəllər çap edilmiş və ya çap olunmaq üçün başqa bir dövri nəşrə göndərilən əlyazmaların jurnala təqdim edilməsi müəlliflik etikasına ziddir. Bütün məqalələr kommersiya məqsədləri üçün istifadə edilməmək və orijinaldan düzgün sitat gətirmək şərti ilə məhdudiyyətsiz istifadəyə icazə verən Creative Commons Attribution-NonCommercial 4.0 İnternational lisensiyası şərtləri əsasında çap edilərək paylaşılır.
Məxfilik bəyannaməsi
Redaktor və ya redaksiya heyətinin bir üzvü təqdim edilmiş əlyazma haqqında istənilən məlumatı müvafiq müəllif, rəyçilər, digər redaktor məsləhətçiləri və naşirdən başqa heç kimə açıqlamamalıdır. Redaksiyaya daxil olan əlyazmalara məxfi sənədlər kimi baxılmalıdır. Bunlar redaktorun icazəsi olmadan başqalarına göstərilməməli və ya müzakirə edilməməlidir.
Sayta daxil edilmiş adlar və e-poçt ünvanları yalnız bu jurnalın qeyd olunan məqsədləri üçün istifadə ediləcək və hər hansı digər məqsədlər üçün digər tərəfə təqdim edilməyəcəkdir.
Açıqlama və maraqların toqquşması
Rəyçi və redaktorlardan bütün potensial maraq toqquşmalarını bəyan etmələri
tələb olunur. Rəyçilər məqalələrlə əlaqəli hər hansı müəllif, şirkət və ya
qurumla rəqabət, əməkdaşlıq və ya digər əlaqələr və bu əlaqələr nəticəsində
maraqların toqquşması olan əlyazmaları nəzərə almamalıdırlar.
Müəlliflər redaksiyayaya məqalə təqdim edərkən aşağıdakıları təsdiq etməlidirlər:
- Təqdim olunan əlyazmalar müəllif(lər)in orijinal işi olmalı;
- Yalnız nəşr olunmamış əlyazmalar təqdim edilməli;
- Əlyazmanı eyni vaxtda digər jurnala təqdim etmək etik deyil;
- Maraqların toqquşması aydın şəkildə ifadə edilməli;
- Əlyazmanın hazırlanmasında istifadə olunan məlumat mənbələri qeyd edilməlidir.
Rəyçilər aşağıdakıları təsdiq etməlidirlər:
- Müəllif(lər)in cinsindən, irqindən, dinindən, vətəndaşlığından və siyasi baxışlarından asılı olmayaraq, bütün əlyazmalar məqalənin intellektual məzmunu əsasında ədalətli şəkildə nəzərdən keçirilməli;
- Rəy prosesi zamanı müşahidə edilən maraqların toqquşması redaktora bildirilməli;
- Əlyazma ilə bağlı bütün məlumatlar məxfi saxlanılmalı;
- Əlyazmanın nəşrindən imtinaya səbəb ola biləcək hər hansı məlumat redaktora bildirilməlidir.
Redaktorlar aşağıdakıları təsdiq etməlidirlər:
- Bütün əlyazmalar müəlliflərin cinsindən, irqindən, dinindən, vətəndaşlığından və siyasi baxışlarından asılı olmayaraq, məqalənin intellektual məzmununa əsaslanaraq ədalətli şəkildə qiymətləndirilməli;
- Əlyazmalara aid olan məlumatlar məxfi saxlanılmalı;
- Əlyazmalarla bağlı müşahidə edilən maraqların toqquşması açıqlanmalı.