TƏRƏFDAŞLAR


Məqsəd və mövzular

“Azərbaycan dili və ədəbiyyat tədrisi” – Azərbaycan dili və ədəbiyyatının tədrisinə dair elmi-metodik araşdırmalara, dilin saflığının qorunması və təbligi ilə bağlı tədqiqatlara yer verən, dilçiliyin bütün sahələrinə aid elmi məqalələr qəbul edən, il ərzində 4 dəfə nəşr olunan, Azərbaycan, türk, ingilis və rus dillərində məqalələr dərc edən resenziyalı açıq girişli elmi-metodik jurnaldır.

Jurnal müasir dövrün tələblərinə uyğun olaraq, beynəlxalq təcrübə, müqayisəli təhlil və qlobal metodoloji yanaşmalar əsasında aparılan tədqiqatların dərcinə açıqdır. Bu mövzular jurnalın əsas məqsədləri ilə uzlaşaraq, Azərbaycan dilinin və ədəbiyyatının dünya elmi məkanında tanıdılması və inteqrasiyasına töhfə verir.

Nəşr elmi ictimaiyyət, dilçi-alimlər, filologiya sahəsi üzrə mütəxəssislər, doktorantlar, magistrantlar, Azərbaycan dili və ədəbiyyat müəllimləri, uyğun ixtisas üzrə təhsil alan tələbələr və bu sahə ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.


Jurnalın məqsədi


“Azərbaycan dili və ədəbiyyat tədrisi” jurnalı aşağıdakı elmi və metodiki istiqamətləri öz fəaliyyətinin prioritetləri kimi müəyyənləşdirir:

  • Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikasını, o cümlədən ənənəvi və müasir yanaşmaları müqayisəli şəkildə təhlil etmək, yerli və beynəlxalq təcrübəyə əsaslanan effektiv tədris modellərini təqdim etmək;

  • Dilimizin saflığını və işləkliyini qorumaq, struktur, leksik və semantik baxımdan digər dillərlə müqayisəli tədqiqatlara yer verməklə onun elmi şəkildə öyrənilməsini və təbliğini dəstəkləmək;

  • Tədris prosesində mövcud problemləri müəyyənləşdirmək, onların elmi əsaslarla həll yollarını araşdırmaq və bu istiqamətdəki yenilikləri yaymaq;

  • Müasir texnologiyalar və rəqəmsal vasitələrin tədrisə inteqrasiyasına dair tədqiqatlara və metodik yanaşmalara dəstək vermək;

  • Azərbaycan ədəbiyyatını beynəlxalq səviyyədə tanıtmaq, dünya ədəbiyyatına inteqrasiyasını və ədəbi-tənqidi müqayisəli tədqiqatları təşviq etmək;

  • Tələbə, müəllim və tədqiqatçıların yaradıcı və tənqidi düşünmə bacarıqlarını inkişaf etdirməyə xidmət edən innovativ elmi məqalələrin dərcini təşviq etmək.

 

Mövzu sahələri


“Azərbaycan dili və ədəbiyyat tədrisi” jurnalı aşağıdakı elmi və metodiki istiqamətləri öz fəaliyyətinin prioritetləri kimi müəyyənləşdirir:

  1. Tədris metodikası və texnologiyaları
    Azərbaycan dili və ədəbiyyatının tədrisində ənənəvi və müasir metodların müqayisəli təhlili, rəqəmsal alətlər və onlayn platformaların tətbiqi, innovativ və interaktiv tədris texnologiyalarının araşdırılması.

  2. Dil və ədəbiyyatın sosial, mədəni və psixoloji aspektləri
    Dilin sosial funksiyaları, ədəbiyyatın cəmiyyətə və insan psixologiyasına təsiri, mədəni dəyərlərin təbliğində dil və ədəbiyyatın rolu, uşaq ədəbiyyatının inkişafı və onun dil tədrisindəki əhəmiyyəti.

  3. Təhsil və dil siyasəti
    Azərbaycan dilinin qorunması və tədrisi, dövlətin dil siyasətinin təhsil sisteminə təsiri, ana dilinin mənimsənilməsi və inkişaf etdirilməsinə yönəlik strategiyalar.

  4. Azərbaycan dilinin xarici dil kimi tədrisi
    Metodologiya, dillərarası və mədəniyyətlərarası yanaşmalar, digər ölkələrdə tətbiq olunan tədris modellərinin öyrənilməsi və müqayisəli təhlili.

  5. Beynəlxalq təcrübələr və metodik yanaşmalar
    Xarici ölkələrdə dil və ədəbiyyatın tədrisinə dair yeniliklərin araşdırılması, bu yanaşmaların Azərbaycan təhsil sisteminə uyğunlaşdırılması.

  6. Müqayisəli dilçilik və ədəbiyyatşünaslıq
    Azərbaycan dili ilə digər dillərin struktur, semantik, sintaktik və leksik cəhətdən müqayisəli təhlili; Azərbaycan və dünya ədəbiyyatının mövzu, üslub və janr baxımından qarşılaşdırılması.

  7. Qloballaşma və dilin transformasiyası
    Qloballaşmanın dilə təsiri, yeni terminologiyanın formalaşması və bu dəyişikliklərin dilin tədrisinə və istifadəsinə təsiri.

  8. Müasir Azərbaycan ədəbiyyatı
    Yeni ədəbi tendensiyalar, çağdaş yazıçıların yaradıcılığı, ədəbiyyatın inkişaf istiqamətləri və onun tədris sistemindəki yeri.

  9. Dil və ədəbiyyatın beynəlxalq səviyyədə təbliği
    Azərbaycan dilinin və ədəbiyyatının xaricdə tədrisi və tanıdılması, eləcə də onların beynəlxalq elmi və mədəni müstəvidə təqdimatı.

  10. Pedaqoji praktika və müəllim hazırlığı
    Dil və ədəbiyyat müəllimlərinin peşəkar bacarıqlarının artırılması, təhsil müəssisələrində tədris keyfiyyətinin yüksəldilməsi və pedaqoji təcrübənin inkişafı.

  11. Yeni nəşrlərin elmi təhlili
    Dilçilik və ədəbiyyat sahəsində nəşr olunmuş dərslik, monoqrafiya və metodik vəsaitlərin elmi baxımdan təhlili və qiymətləndirilməsi.


Beynəlxalq təcrübə bölməsi


“Azərbaycan dili və ədəbiyyat tədrisi” jurnalı beynəlxalq elmi əməkdaşlığa və müxtəlif ölkələrin tədris təcrübələrinin öyrənilməsinə xüsusi önəm verir. Bu rubrikada xarici ölkələrdə dil və ədəbiyyatın tədrisinə dair nəzəri və metodik yanaşmalar, təhsil modelləri və tətbiq edilən innovativ üsullar təqdim olunur. Rubrikada yer alan məqalələr, ümumi təhsil kontekstində nəzəri və praktiki baxımdan faydalı, elmi-metodiki əhəmiyyət daşıyan araşdırmalar kimi qiymətləndirilir. Məqalələrin məqsədi tədris sahəsində beynəlxalq təcrübəni bölüşmək, yeni yanaşmaların tətbiqi üçün elmi mühit yaratmaq və Azərbaycan təhsil sisteminə uyğunlaşdırıla biləcək nümunələr təqdim etməkdir.


İNDEKSLƏMƏ