Məqalə tərtibatına dair tələblər
Məqalənin strukturu
Məqalə aktual mövzulara həsr olunmalı, elmi yenilik dəyəri daşımalı, mövcud biliklərə nəzəri və ya praktik töhfə verməli, beynəlxalq elmi ictimaiyyət üçün aktual məsələləri əhatə etməli və akademik tələblərə cavab verərək IMRAD (Giriş, Metodlar, Nəticələr, Müzakirə) strukturuna uyğun təqdim edilməlidir. Məqalədə Giriş, Metodlar, Nəticələr, Müzakirə, Nəticə və Ədəbiyyat aydın şəkildə bölmələrə ayrılmalıdır.
§ Giriş hissəsində − tədqiqatın mövzusu, aktuallığı, məqsədi, əsas sualları aydın şəkildə təqdim olunmalı, həmçinin tədqiqatın elmi əhəmiyyəti və təklif etdiyi yeniliklər vurğulanmalıdır.
§ Metodlar hissəsində − tədqiqatın aparılma üsulları, istifadə edilən materiallar və metodlar ətraflı şəkildə izah edilməlidir.
§ Nəticələr hissəsində − tədqiqatdan əldə edilən nəticələr təqdim olunmalıdır. Bu hissədə yalnız konkret faktlar və məlumatlar yer alır, əlavə izahat verilmir. Nəticələr cədvəllər, qrafiklər, diaqramlar və digər vizual vasitələrlə təqdim edilə bilər.
§ Müzakirə hissəsində − əldə olunan nəticələrin təhlili aparılır, onları əvvəlki işlərlə müqayisə edilir və tədqiqatın məhdudiyyətləri ilə yanaşı, gələcəkdə hansı istiqamətlərdə tədqiqatların aparılmasının faydalı ola biləcəyi vurğulanır.
§ Nəticə hissəsində − tədqiqatın əsas nəticələri qısa və aydın şəkildə yekunlaşdırılır, praktiki tövsiyələr verilir və gələcək tədqiqatlar üçün ümumi istiqamətlər təqdim olunur.
§ Ədəbiyyat siyahısında − son 5-10 ilin elmi mənbələrinə üstünlük verilməli, mənbələrin sayı 10-dan az olmamalıdır.
Məqalənin tərtibat qaydaları
Məqalənin titul səhifəsində məqalənin adı, müəllifin
adı və soyadı, elmi dərəcəsi, çalışdığı müəssisənin adı, elektron poçt ünvanı,
ORCID ID-si və yaşadığı ölkə adı qeyd edilməlidir.
Xülasə ─ 150–250 söz arası olmaqla, Azərbaycan və ingilis dillərində yazılmalıdır. Xülasə, məqalənin məqsədini, metodlarını, əldə edilən əsas tapıntıları və əsas nəticəni, elmi yeniliyi və məqalənin praktik əhəmiyyətini qısa və aydın şəkildə təqdim etməlidir.
Açar sözlər ─ 3–5 söz və ya ifadələrdən ibarət olmaqla, Azərbaycan və ingilis dillərində yazılmalıdır.
Mətn formatı ─ Məqalənin mətni Microsoft Word proqramında, A4 (210 x 297 mm) formatda, Times New Roman ‒ 14 şriftində yığılmalı, intervalı – 1.15, həcmi 6-12 səhifə arası olmalıdır.
Ədəbiyyat
siyahısının tərtibat qaydası
Kitaba
istinad: Kazımov, Q. (2007). Müasir Azərbaycan
dili. Sintaksis. Təhsil.
Jurnala istinad: Həsənova, S. (2021). Aşıq Ələsgər və ədəbi dilimiz. Azərbaycan dili və ədəbiyyat tədrisi, 279(4), 25–34.
https://dx.doi.org/10.48445/TAIIJ.2021.46.47.002
İnternet
mənbəsinə istinad: Mehdiyeva, Ş. (2019, 16 fevral). Ana dilimiz milli-mənəvi sərvətimizdir. Muallim.edu.az.
https://www.old.muallim.edu.az/news.php?id=4303
Məqalədaxili
istinad qaydası: (Kazımov,
2007) / (Kazımov, 2007, s. 54)
Məqalənin redaksiyaya təqdimedilmə qaydası
Məqalə redaksiyaya iki formada təqdim edilə bilər:
elektron poçtla (tall@edu.gov.az) və jurnalın veb-saytı (https://tall.edu.az) üzərindən.
Nəşr haqqı
- Jurnalda məqalə çapı ödənişsizdir;
- Məqalələrin çapa işlənib hazırlanması üçün müəlliflərdən ödəniş tələb edilmir;
- Dərc olunmuş məqaləyə görə hər müəllifə bir ədəd jurnal təqdim edilir.