Nizami Gəncəvinin əsərlərində psixoloji dəyərlər
Gülnarə ƏlixanovaDOI: https://dx.doi.org/10.48445/TAIIJ.2021.34.97.005
ORCID ID: https://orcid.org/0000-0002-5241-0250
Tarix: 20 Dekabr 2023
XÜLASƏ
Dahi şair və mütəfəkkir Nizami Gəncəvinin insanları daim əxlaqi kamilliyə səsləyən və yüksək mənəvi psixoloji keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyətini nəzərə alaraq, anadan olmasının 880 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması Azərbaycanın zəngin tarixi-mədəni irsinin təbliğinə böyük töhfədir. Şairin yaradıcılığı xalqımızın milli mənəviyyatının ayrılmaz his-səsinə çevrilmişdir. Vətənpərvər şair əsərlərində təsvir etdiyi bü-tün hadisələri Azərbaycanla əlaqələndirməyə, Vətəninin keçmiş günlərini tərənnüm etməyə çalışmışdır. Qüdrətli söz ustadının bəşəriyyətin bədii fikir salnaməsində yeni parlaq səhifə açmış ölməz əsərləri bu gün də insanların mənəvi, psixoloji və əxlaqi kamilləşməsinə misilsiz xidmət göstərir. Korifey sənətkar öz ənənələri ilə seçilən ədəbi məktəbi yaratmışdır. Nizami Gəncəvinin dünyanın ən zəngin kitabxanalarını bəzəyən əsərləri Şərqdə incəsənətin, xüsusən də miniatür sənətinin inkişafına təkan vermişdir.
AÇAR SÖZLƏR
N.Gəncəvi, şəxsiyyət, özünüqiymətləndirmə, kamil insan, vətənpərvərlik, psixoloji dəyər