Yeni fars ədəbi dilinin zənginləşməsində Şeyx Nizaminin rolu
Sevil MehdiyevaDOI: doi.org/10.48445/k3289-8050-2485-n
ORCID ID: https://orcid.org/0000-0002-3420-9502
Tarix: 25 Yanvar 2024
XÜLASƏ
Şeyx Nizami Azərbaycan xalqının dünya mədəniyyəti xəzinəsinə bəxş etdiyi dahi şəxsiyyət, istedadlı şair, müdrik filosof, dünya elmlərinin sirlərinə bələd mütəfəkkir alimdir. Onun zəngin bədii irsi dünya mədəniyyəti tarixində, əsasən də Yaxın və Orta Şərq poeziya aləmində xüsusi mövqe tutmuş, dünyanın, ümumən yaranışın əşrəfi insana xidmətini qanuniləşdirməyə, humanizmi təbliğ və təqdir etməyə həsr edilmişdir. Dahi şair dövrün tələbinə uyğun olaraq fars dilində yazıb-yaratmış, Şərq dünyasının böyük söz sərrafları – Firdovsi, Hafiz, Sədi kimi poeziya bahadırları ilə rəqabətə qatılmış və bu mübarizədən qalib çıxmışdır. Dünya nizamişünaslarının yekdil fikrincə Şeyx Nizami Gəncəvi fəsahətli və bəlağətli yaradıcılığı ilə ümumşərq poeziyasını daha çox lirik istiqamətdə zənginləşdirmiş, onu incə bədii-poetik, emosional-ekspressiv mənalarla rəngarəng janra çevirmişdir (Mir Cəlal).
AÇAR SÖZLƏR
Şeyx Nizami, yeni fars ədəbi dili, Azərbaycan-türk şairi, üslubi məna çalarları