Cəlil Məmmədquluzadə nəsri sosial mühit və zaman kontekstində
Təyyar SalamoğluDOI: doi.org/10.48445/o8517-1631-7483-t
ORCID ID: https://orcid.org/0000-0001-8364-1580
Tarix: 25 Yanvar 2024
XÜLASƏ
Məqalədə “bədii mətn həqiqətlərindən çıxış” kimi müəyyənləşən konsepsiya əsasında C.Məmmədquluzadənin nəsri “Danabaş kəndinin əhvalatları” və “Poçt qutusu” əsərlərinin nümunəsində yeni istiqamətdə dəyərləndirilir. Mirzə Cəlil qəhrəmanlarına sovet metodologiyasından irəli gələn sinfi yanaşmadan imtina edilir. Yazıçının ideya mövqeyi Azərbaycan kəndlisinin avamlığını, cəhalətini təsvir predmetinə çevirməsində yox, müstəmləkə rejiminin Azərbaycan kəndindəki idarəetmə sisteminin mahiyyətinə tənqidi münasibətində axtarılır. “Danabaş kəndinin əhvalatları”ndakı Məhəmmədhəsən əmi və Zeynəb obrazları məntiqi şəkildə düşünə bilən, ictimai vəziyyəti qiymətləndirməyi bacaran, lakin rejimin zorakılıq siyasəti qarşısında geri çəkilməyə məcbur olan, çarəsiz vəziyyətə düşən XIX əsr Azərbaycan vətəndaşlarının obrazları kimi səciyyələndirilir. “Poçt qutusu” hekayəsindəki Novruzəli obrazı “qul psixologiyası”nın daşıyıcısı yox, sosial ədalətsizliyi dərk edərək, ona qarşı etiraz edən qəhrəman kimi dəyərləndirilir.
AÇAR SÖZLƏR
bədii nəsr, sosial mühit, zaman konteksti, sosial proseslər