TƏRƏFDAŞLAR


Məqalələr

Milli istiqlal şairimiz Əhməd Cavad

Səbinə Əliyeva
DOI: doi.org/10.48445/r1586-0382-7626-y
ORCID ID: https://orcid.org/0000-0002-7071-7969
Tarix: 25 Yanvar 2024

XÜLASƏ 

Milli istiqlal şairimiz Əhməd Cavad yaradıcılığı ədəbiyyatımızın ən dəyərli nümunələrindəndir. Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan Ə.Cavadın poeziyası Xalq Cümhuriyyətinin, o cümlədən Azərbaycan dövlətçiliyinin tərənnümü baxımından xüsusilə zəngindir. Dövlət müstəqilliyinin əldə edilməsi nəticəsində yaranan milli qürur, sevinc və fəxarət duyğuları Azərbaycan istiqlal ədəbiyyatının nəğməkarı, görkəmli şair Ə.Cavadın yaradıcılığında əsas yeri tutmaqla ədəbiyyatımızda yeni və milli poeziya məktəbi yaratmışdır. Ədibin əsərləri yalnız Azərbaycanda deyil, həmçinin Türkiyədə də sevilir və tədqiq olunur. Onun türk dünyasının istiqlal şairləri ilə əlaqələrin qurulub genişlənməsində də xidmətləri böyükdür. 130 illik yubileyini qeyd etdiyimiz dəyərli sənətkarın yaradıcılığının əsasını milli istiqlal ideyaları, azadlıq mübarizəsi və türkçülük məfkurəsi təşkil edir. Şairin milli ruhda yazdığı şeirlər, xüsusən də Azərbaycan Respublikasının dövlət himni dillər əzbəridir. Əhməd Cavadın adı Azərbaycanın istiqlal şairi kimi yaddaşlarda həkk olunmuşdur.  


AÇAR SÖZLƏR 

istiqlal şairi, türkçülük məfkurəsi, azadlıq ideyaları, vətən sevgisi 


 

Məqaləni yüklə

İNDEKSLƏMƏ