TƏRƏFDAŞLAR


Məqalələr

Əhməd Cavadın Türkiyə sevgisi

Xanımbacı Məlikzadə
DOI: doi.org/10.48445/z2402-5831-4729-m
ORCID ID: https://orcid.org/0000-0002-6431-9809
Tarix: 25 Yanvar 2024

XÜLASƏ 

Məqalədə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi ‒ böyük şair, tanınmış maarifçi və ictimai xadim, publisist, repressiya qurbanı Əhməd Cavadın Türkiyə sevgisindən, türk xalqına olan xüsusi rəğbətindən bəhs edilir. Müəllif məqalədə şairə bir əsr zaman kəsiyində Türkiyədə şöhrət qazandıran “Çırpınırdın Qara dəniz” şeirinin populyarlığının səbəblərini izah edir, 1928-ci ildə Türkiyədə nəşr olunmuş şeirini bəhanə edən sovet ideoloqlarının ona qarşı təşkil etdiyi kompaniya haqqında məlumat verir, nəhayət, pantürkistlikdə ittiham olunaraq güllələnməsini diqqətə çatdırır. Təəssüf ki, şair doğma vətənində öz layiqli qiymətini yalnız Azərbaycan müstəqillik əldə etdikdən sonra ala bilmişdir. Bunun nəticəsidir ki, hazırda Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən dövlət səviyyəsində Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi ilə bağlı tədbirlər planı hazırlanır. 


AÇAR SÖZLƏR 

Əhməd Cavad, Xalq Cümhuriyyəti, Türkiyə sevgisi, repressiya, pantürkistlik 

Məqaləni yüklə

İNDEKSLƏMƏ