TƏRƏFDAŞLAR


Məqalələr

Məktəbli təfəkkürünün inkişafında folklor nümunələrinin rolu

Gülnarə Əlixanova
DOI: doi.org/10.48445/n7368-7984-0060-r
ORCID ID: https://orcid.org/0000-0002-5241-0250
Tarix: 25 Yanvar 2024

XÜLASƏ 

Mənşəyinə üz tutmadan, milli mədəniyyət dəyərlərini dərk edib qəbul etmədən hər hansı bir xalqın yüksəlişi mümkün deyildir. Bu gün bir çox idealların əvəzlənməsi, əvvəlki nəsillərin dünyaya baxışının dəyişməsi hər bir xalqın düşüncəsinə, həyat tərzinə, davranışına yad olan kütləvi mədəniyyətin tətbiqi baş verir. Müxtəlif ölçülü gözəllik standartlarının təsvirləri, kiçik etiketdən böyük reklama qədər insanları hər tərəfdən əhatə edir, onların psixikasına şüurlu və şüursuz səviyyədə daxil edilir. Müasir məktəbin təhsil fəaliyyətində isə innovativ proseslərin inkişafı müəllim qarşısına daim artan tələblər qoyur: müasir müəllim yeni pedaqoji təfəkkürə, daim yaradıcı yüksəlişə malik olmalı, dərs dediyi şagirdlərdə yeni yaradıcı təfəkkürü inkişaf etdirməli və digər mövcud problemləri həll etməyi bacarmalıdır. Hazırda qeyd etdiyimiz bütün bu məsələlər dövlət əhəmiyyətlidir. Bu nöqteyi-nəzərdən uşaqların hərtərəfli formalaşmasında müxtəlif fənlərin tədrisi zamanı folklor nümunələrindən istifadə olduqca önəmlidir.  


AÇAR SÖZLƏR 

estetik hisslər, şifahi xalq yaradıcılığı, tapmacalar, atalar sözləri, folklor 

Məqaləni yüklə

İNDEKSLƏMƏ