TƏRƏFDAŞLAR


Məqalələr

Orta məktəbdə Molla Pənah Vaqif irsinin tədrisində şəxsiyyətyönümlülük

Fəxrəddin Yusifov
DOI: doi.org/10.48445/y4280-3124-1775-b
ORCID ID: https://orcid.org/0000-0002-8418-1931
Tarix: 25 Yanvar 2024

XÜLASƏ 

Gənclərin həyata hazırlanmasında, onların təfəkkürü, mənəvi aləmi və dünyagörüşünün inkişafında, əqidəli bir vətəndaş, şəxsiyyət kimi yetişməsində Molla Pənah Vaqif irsinin xüsusi yeri vardır. Şairin əsərlərində ifadə olunan fikirlər poetik söz pərdəsinə elə məharətlə bürünür ki, onların açıqlanıb dərk olunması şagird mənəviyyatına, onların bir şəxsiyyət kimi yetişməsinə müsbət təsir göstərir. “Hayıf ki, yoxdur” qoşmasının tədrisi zamanı məqsədin hansı ustalıqla çatdırılması, bu zaman sərgilənən ifadə tərzi diqqətlə müşahidə olunmalı, nəticələr çıxarılmalıdır. Eləcə də “Pəri” qoşması üzərində iş aparılan zaman gözəlin, gözəlliyin təqdimatının orijinallığı, portret cizgilərinin təsviri, tərənnümündəki poetik üsul və vasitələrin müşahidə edilib dərk olunması da şagirdin estetik zövqünün inkişaf etdirilməsinə zəngin material verir. Fəal/interaktiv təlim metodu ilə keçilən dərslərdə bu imkanlardan istifadə nəzərə alınmalıdır. 


AÇAR SÖZLƏR 

Molla Pənah Vaqif, orta məktəb, şəxsiyyətyönümlülük, “Hayıf ki yoxdur”, “Pəri” 

Məqaləni yüklə

İNDEKSLƏMƏ