YAZI MÜASİR TƏHSİLDƏ PROBLEM KİMİ
Piralı ƏliyevDOI: doi.org/10.48445/p6914-4105-2325-h
ORCID ID: https://orcid.org/0000-0003-2420-1125
Tarix: 25 Yanvar 2024
XÜLASƏ
Ümumtəhsil müəssisələri təhsilalanların yazı bacarıqlarının formalaşdırılmasını aktual məsələ olaraq həmişə diqqət mərkəzində saxlayır. Yazılı və şifahi nitqin vəhdətdə aparılmasına baxmayaraq, məktəblilərin bu sahədə bacarıqları günü-gündən zəifləyir. Müəllimlər şagirdlərin yazı bacarıqlarının bu cür geriləməsini bir neçə səbəblə əlaqələndirirlər. Xüsusilə kompüter və mobil telefonlardan geniş istifadə buna aid edilən əsas səbəblərdəndir. Bu sahədə yaranmış nöqsanları aradan qaldırmaq və Vətən müharibəsində qazanılmış qələbəni yazılı şəkildə tarixiləşdirmək məqsədilə Azərbaycan Respublikası Təhsil nazirinin 2021-ci il 24 sentyabr tarixli F-455 nömrəli əmrinə əsasən ümumtəhsil məktəblərinin şagirdləri arasında “Zəfər yolu” inşa müsabiqəsinin keçirilməsi nəzərdə tutuldu. Məqalədə müsabiqənin keçirilmə məqsədindən söz açılmış, inşaların qiymətləndirilmə meyarları və nəticələr təqdim edilmiş, həmçinin məktəbli yazısının əhəmiyyəti, ədəbiyyat dərslərində yazıya verilən tələblər və şagirdlərin yazı bacarıqlarının formalaşdırılması yollarından bəhs olunmuşdur.
AÇAR SÖZLƏR
yazı işi, yazılı və şifahi nitq, yazı bacarıqları, zəfər, yazının strukturu