Azərbaycan dilində alınma təsviri sənət terminlərinin tədqiqinə dair
Qələmşah İdrisovDOI: doi.org/10.48445/f4656-4061-8865-m
ORCID ID: https://orcid.org/0000-0001-5823-2590
Tarix: 25 Yanvar 2024
XÜLASƏ
Bu tədqiqatı aparmaqda əsas məqsəd rus dili və onunvasitəsi ilə Avropa dillərindən dilimizə keçən bir sıratəsviri sənət terminlərinin araşdırılaraq təhlillərininaparılması, həmin terminlərin dilimizdəki adekvatqarşılığının tapılması, dilin terminlər sisteminə milli keyfiyyət və formada daxil edilməsi yollarına aydınlıq gətirməkdir. Bununla yanaşı, tədqiqat işində dilimizdə qarşılığı olmayan terminlərin dilin fonetik, morfoloji və sintaktik qanunları çərçivəsində dəyişdirilərək mənimsənilməsi, mənbə dilində olduğu kimi saxlanılması və kalka edilməsi kimi məsələlər də öz əksini tapmışdır. Son zamanlar dünya incəsənətində gedən proseslər Azərbaycan təsviri sənətinə də öz təsirini göstərmişdir. Bu prosesdə yaranmış yeni cərəyanlar daxilində təsviri sənətə fərqli baxışlar müəyyənləşərək nonkonformist, opalist, installyasiya kimi təsviri sənət terminləri dilimizə daxil olmuşdur ki, bu sözlər əsasında da yaranan terminoloji birləşmələr dilimizin leksik fondunu zənginləşdirmişdir.
AÇAR SÖZLƏR
təsviri sənət, termin, opalist rəssam, kalka, bədii qrafika