Müasir Azərbaycan dilində sintaktik əlaqələrin bəzi məsələləri
Elşad AbışovDOI: doi.org/10.48445/h0055-7140-1443-u
ORCID ID: https://orcid.org/0000-0002-5048-1872
Tarix: 25 Yanvar 2024
XÜLASƏ
Məqalədə sintaktik əlaqələr və bu əlaqələrin spesifikası ilə bağlı sistemli şəkildə məlumat verilir. Tədqiqat prosesində, həmçinin sintaktik əlaqələrin qurulması haqqında qeyd olunan ziddiyyətli fikirlərin məzmununa aydınlıq gətirilir, yeri gəldikcə fikir dolaşıqlığına yol açan bu problemin aradan qaldırılmasında müəllifin arqumentləşdirilmiş elmi analizləri təhlil edilir. Söylənilən hər bir analitik mülahizə dilin qrammatik quruluşunda sabitləşmiş mövcud qanunauyğunluqlar və faktiki dil materialları ilə əsaslandırılır.
AÇAR SÖZLƏR
sintaksis, sintaktik əlaqə, qrammatika, qrammatik quruluş, qrammatik məna