TƏRƏFDAŞLAR


Məqalələr

Azərbaycan dilində söyləm nitq vahidi kimi

İsmayıl Kazımov
DOI: https://dx.doi.org/10.48445/TAIIJ.2021.99.27.001
ORCID ID: https://orcid.org/0000-0002-4470-8786
Tarix: 20 Dekabr 2023


XÜLASƏ 

Söyləmlər formal cəhətdən nitqin tənzimlənmiş, müəyyən qaydalara tabe edilməmiş vahidləridir. Müasir Azərbaycan dilində söyləm nitq hərəkətinin nəticəsi kimi meydana çıxır. Söyləm cümlə komponentlərinin qrup formasında birləşməsindən yaranır və seqmentə görə cümləyə müvafiq gəlir. Söyləmin təşkili mexanizmi superseqment vasitələrin (intonasiya və söz sırası) iştirakı ilə formalaşır. Məqalədə söyləmin növlərini birləşdirən ümumi cəhətin onların emosionallıq keyfiyyəti bildirməsi də əsaslandırılır. Belə ki, nitqdə söyləmin ən müxtəlif növləri meydana çıxır. Söyləmə xas olan əlamət, yəni onların reaksiya bildirməsi, nitq stimulu olması nitqə məxsus başlıca cəhətdir. Söyləmlər struktur-semantik və məntiqi-praqmatik cəhətlərinə görə müxtəlif növlərə bölünür. Onların quruluşunda, mənasında müəyyən özünəməxsusluq və bir-birindən fərqlilik mü-şahidə olunur. Tədqiqatda müəyyənləşir ki, söyləm ün-siyyətdə danışığın aktuallaşmış ən kiçik vahididir. 


AÇAR SÖZLƏR 

Funksional-kommunikativ  sintaksis, nitq vahidi, söyləm, söyləmin funksiyaları, konseptual-fuksional perspektiv 

Məqaləni yüklə

İNDEKSLƏMƏ