TƏRƏFDAŞLAR


Məqalələr

Əhməd Cavadın həyatı, yaradıcılıq yolu və “Səsli qız” poemasının yeni texnologiyaların tətbiqi ilə öyrədilməsi

Sevinc Rəsulova
DOI: https://doi.org/10.48445/x5836-2937-0385-g
ORCID ID: https://orcid.org/ 0000-0003-1070-6069
Tarix: 16 Noyabr 2023

XÜLASƏ 

Şagirdlərin görkəmli söz sənətkarı Əhməd Cavadla ilk tanışlığı ümumtəhsil məktəblərində ədəbiyyat dərslərindən başlanır. Belə ki, şairin bədii irsi ümumtəhsil məktəblərinin V (“Azərbaycan! Azərbaycan!” şeiri), IX (“Azərbaycan bayrağına” şeiri) və XI siniflərində (“Səsli qız” poeması) tədris olunur. XX əsrin əvvəllərində milli istiqlal ideyasının formalaşması və milli dövlətçilik məfkurəsinin möhkəmlənməsində Əhməd Cavad irsinin müstəsna rolu bütün incəliklərinə qədər şagirdlərə mənimsədilməlidir. Bu məqsədlə müəllim təlim prosesində kurikulumun tələblərinə uyğun olaraq, interaktiv təlim metodlarından məqsədyönlü istifadə etməklə şagirdlərin yaradıcı təfəkkür və tədqiqatçılıq bacarığının inkişafı istiqamətində ardıcıl iş aparmalıdır. Məqalədə XI sinifdə Əhməd Cavadın həyatı, yaradıcılıqyolu və “Səsli qız” poemasının tədrisi məsələləri öz əksini tapır. 


AÇAR SÖZLƏR 

istiqlal şairi, ədəbiyyat  dərsləri, mübarizə, yaradıcılıq, müəllim,  poema, xalq, milli 

Məqaləni yüklə

İNDEKSLƏMƏ