TƏRƏFDAŞLAR


Məqalələr

Əhməd Cavad yaradıcılığının Azərbaycan folklorunun poetik strukturunda yeri və rolu

Sevinc Əliyeva
DOI: https://doi.org/10.48445/v7313-7156-9083-c
ORCID ID: https://orcid.org/0000-0002-5666-168X
Tarix: 16 Noyabr 2023

XÜLASƏ 

Məqalədə Əhməd Cavad yaradıcılığının janr və poetik struktur biçimləri, onların çoxsaylı çeşidləri həm folklor, həm də ədəbi-nəzəri prinsiplər əsasında şərh edilir. Aydın olur ki, ədibin yaradıcılığında qarşıya çıxan poetik biçimlərin janr səciyyəsi və tarixi mənzərəsi, bir sözlə, ilkin qaynaqlarının təhlil olunması mövzunun araşdırılması zamanı əsas şərtlərdən biridir. Bu şərtlər aşağıdakı yanaşmaları ortaya qoyur: Əhməd Cavadın yaradıcılığı sadəcə bədii mətnlər səviyyəsi və kəmiyyət daxilində deyil, folklorun ümumi poetik sistemi formasında, poetik struktur şəklində öyrənilir, həmçinin bədii yaradıcılıq təhlili kimi poetik bədii yanaşma metodu vasitəsilə araşdırılır. Bu isə semantik bədii nəticələrin alınmasına gətirib çıxarır. Əhməd Cavadın yaradıcılığı daxili struktur spesifikası ilə əski adət və inamlara, xalqın yaddaşına qayıdış, milli oyanış, xalq hərəkatı, türk xalqlarının birliyinə çağırış və türkçülüyün təbliği baxımından böyük əhəmiyyət kəsb edir.  


AÇAR SÖZLƏR 

Əhməd Cavad, yazılı ədəbiyyat, poetik struktur, repressiya, xalq ədəbiyyatı 

Məqaləni yüklə

İNDEKSLƏMƏ