TƏRƏFDAŞLAR


Məqalələr

Əhməd Cavadın yaradıcılığı məktəbdə

Soltan Hüseynoğlu
DOI: https://doi.org/10.48445/v0922-8118-7644-m
ORCID ID: https://orcid.org/0000-0003-4182-6653
Tarix: 16 Noyabr 2023

XÜLASƏ 

Ədəbiyyatşünaslıqda həyatı, yaradıcılığı qədərincə araşdırılmayan Əhməd Cavad Məhəmmədəli oğlu Axundzadə qısa yaradıcılıq yolu keçsə də, ideya-bədii keyfiyyətləri ilə seçilən zəngin irs yaratmışdır. Repressiya qurbanı olan şairin yardıcılığının bir qisminin itib-batdığını təsdiq edən dəlillər də vardır. Uzun illər adının çəkilməsi, əsərlərinin oxunması ölkəmizdə yasaq edilən sənətkara qardaş Türkiyədə sayğı göstərilmiş, həyatı, yaradıcılığı ilə bağlı araşdırmalar aparılmış, əsərləri çap edilmişdir. Dövlət müstəqilliyimiz bərpa olunandan sonra doğma vətənində şair haqqında tədqiqatlara başlanıldı, əsərləri çap edildi. Sənətkarın həyat və yaradıcılığının ümumtəhsil məktəblərində öyrənilməsinə xüsusi qayğı ilə yanaşıldı, həmçinin ali məktəblər üçün hazırlanmış dərsliklərdə onun haqqında oçerklər verildi. Məktəb təcrübəsinin öyrənilməsindən aydınlaşır ki, şairin əsərlərinin mütaliə edilməsinə şagirdlərdə böyük maraq vardır. Bu, səbəbsiz deyil: onun doğma yurdumuza sonsuz məhəbbətini əks etdirən əsərlərini həyəcansız oxumaq mümkün deyildir. 


AÇAR SÖZLƏR 

lirika, siyasi lirika,  lirik şair, milli-azadlıq, müstəqillik 


 

Məqaləni yüklə

İNDEKSLƏMƏ