TƏRƏFDAŞLAR


Məqalələr

XI sinif ədəbiyyat dərslərində Əhməd Cavadın həyat və yaradıcılığının öyrədilməsi imkanları

Bilal Həsənli
DOI: https://doi.org/10.48445/c3582-0685-5454-f
ORCID ID: https://orcid.org/ 0000-0002-6964-0546
Tarix: 16 Noyabr 2023

XÜLASƏ 

Ədəbiyyat dərslərində qüdrətli söz sənətkarlarının həyat və yaradıcılığının öyrənilməsi böyük təlim-tərbiyəvi əhəmiyyətə malikdir. XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Əhməd Cavad Axundzadə mürəkkəb ictimai-siyasi hadisələrin baş verdiyi bir dövrdə yazıb-yaratmış, zəngin və çoxcəhətli poeziyasında milli mənəvi dəyərləri, xalqımızın vətənpərvərlik, türkçülük, azadlıq, müstəqillik ideallarını yüksək sənətkarlıqla tərənnüm etmişdir. Böyük sənətkarın tərcümeyi- halının öyrənilməsi ədəbiyyat tarixinin ziddiyyətli və gərgin ideya mübarizələri ilə səciyyələnən mərhələlərinin aydınlaşdırılması ilə yanaşı, şagirdlərin ayrı-ayrı əsərlərin öyrənilməsinə zəmin yaradılması baxımından da əhəmiyyətlidir. XI sinfin ədəbiyyat dərslərində ədibin həyat və yaradıcılıq yolunun, həmçinin “Səsli qız” poemasının öyrənilməsi gənc nəslin dünyagörüşünün formalaşmasında, ideya-mənəvi və estetik tərbiyəsində mühüm rol oynayır. 


AÇAR SÖZLƏR 

ədəbiyyat dərsi, interaktiv metod, təhlil, müzakirə, repressiya 

Məqaləni yüklə

İNDEKSLƏMƏ