TƏRƏFDAŞLAR


Məqalələr

Əhməd Cavadın 20-ci illər yaradıcılığı. “Səsli qız” poeması

Təyyar Salamoğlu
DOI: https://doi.org/10.48445/i9483-2874-6959-z
ORCID ID: https://orcid.org/0000-0001-8364-1580
Tarix: 16 Noyabr 2023

XÜLASƏ 

Tədqiqatlarda Əhməd Cavad yaradıcılığı iki dövrə bölünür: 1920-ci ilə qədər və 1920-ci ildən sonrakı. Şairin 1920-ci ildən sonrakı yaradıcılığı 20-30-cu illəri əhatə etsə də, bu dövrün ağırlıq mərkəzi, məhz 20-ci illərin üzərinə düşür. Məqalədə şairin 20-ci illər yaradıcılığının ideya-estetik əsasları araşdırılır. Bu mərhələdə onun fərdi üslubunda metaforikləşmə və simvolikanın ön mövqeyə keçməsinin səbəbləri izah edilir. Tədqiqat işində həmçinin şairin əsərlərinin simvolik məzmunu açılır, bu simvolikanın zamanla əlaqələrindən bəhs olunur. “Səsli qız” poemasına ədəbiyyatşünaslıqdan və tədris-metodiki ədəbiyyatdakından tam fərqli bir təhlil verilir. Səsli qız və Saranın ayrı-ayrı zamanları təmsil edən müxtəlif obrazlar olması qənaəti irəli sürülür, həmçinin hər bir obrazın estetik yükü müəyyənləşdirilir.  

 

AÇAR SÖZLƏR 

fərdi üslub, metaforikləşmə, milli istiqlal, fəlsəfi düşüncə, repressiya

Məqaləni yüklə

İNDEKSLƏMƏ