TƏRƏFDAŞLAR


Məqalələr

Əhməd Cavad və ədəbi dilimiz

İsmayıl Kazımov
DOI: https://doi.org/10.48445/k2101-2228-7648-t
ORCID ID: https://orcid.org/0000-0002-4470-8786
Tarix: 16 Noyabr 2023

XÜLASƏ 

Dil siyasəti dövlətin millətə münasibətinin əsas göstəricisidir. Ədəbi dil millətin varlığı və fəaliyyətinin ən mühüm əlaməti kimi onun durumunu – inkişafı və məhvini birbaşa əks etdirmək gücünə malikdir. Məqalədə Azərbaycan Xalq Cümhuriyyəti dövründə ədəbi dilin vəziyyəti, dövlətçiliyin tərkib hissəsi olan dil siyasəti və dil situasiyası Əhməd Cavadın poeziyası fonunda araşdırılır. Sənətkar demokratik dövlət olan Azərbaycan Cümhuriyyətinin şair-vətəndaşı idi. Onun siyasi və demokratik lirikası dövrün ədəbi dilini canlandırmaqla yanaşı, həm də şəffaflaşdırdı. Şairin vətənpərvər və xəlqi şeirləri cümhuriyyətin istiqlal eşqini, istiqlal həsrətini zirvələrə ucaltdı. Bu baxımdan Əhməd Cavadın dili ədəbi dilimizin tarixində aydın leksikası, rəvan sintaksisi ilə yaddaşlarda və könüllərdə iz saldı. Qələmindən çıxmış marş janrı və himnimiz bu dilin yeni olduğunu sübut etdi. Bu, üslubi bir kəşfdir. 

 

AÇAR SÖZLƏR 

Əhməd Cavad, üslubların müasirləşməsi, siyasi lirik dil, cümhuriyyət dövrü, Türkiyə türkcəsi 

Məqaləni yüklə

İNDEKSLƏMƏ