Əhməd Cavadı öyrənək və öyrədək
Yaqub BabayevDOI: https://doi.org/10.48445/c3959-7460-9885-q
ORCID ID: https://orcid.org/0000-0002-2220-1378
Tarix: 16 Noyabr 2023
XÜLASƏ
Məqalədə Azərbaycanın istiqlal şairi kimi tanınan Əhməd Cavadın ideya və ideallarından, onların gənc nəslə öyrədilməsi əhəmiyyətindən danışılır. Göstərilir ki, sənətkarın yaradıcılığının birinci mərhələsi XX əsrin ikinci onilliyinə, ikinci mərhələsi isə sovet dövrünə təsadüf edir. Azərbaycanda milli idealların, vətənpərvərlik hisslərinin təbliğində Ə.Cavadın böyük rolu olmuşdur. Belə ki, şairin əsərlərində vətənpərvərlik, xalqsevərlik, vətənin və xalqın azadlığı, müstəmləkəçilik rejiminə, rus-bolşevik işğalına qarşı etiraz, xalqın səadəti, müstəqilliyi kimi ideya və ideallar aparıcı yer tutur. Ə.Cavadın şeirlərinin dili sadə və aydın olmaqla yanaşı, həmçinin folklor dilinə də olduqca yaxındır. Sovet dövründə qələmə aldığı əsərlərində senzuradan yayınmaq məqsədilə simvolik fikir və anlayışlardan tez-tez istifadə edən müəllif, həm də ədəbiyyatımızda simvolizmin nümayəndəsi kimi tanınır. Sənətkarın yaradıcılığı bir sıra şairlərimizin bədii irsinə, yaradıcılıq məfkurəsinə müsbət təsir göstərmişdir. Bütün bu məsələlər məqalədə yığcam şəkildə şərh edilir. Təhlil zamanı şairin əsərlərinə istinad olunur. Göstərilir ki, biz Ə.Cavadın ideya və ideallarını öyrənməli və gənc nəslə öyrətməliyik.
AÇAR SÖZLƏR
poeziya, milli istiqlal, milli ideal, tərbiyə, gənc nəsil