TƏRƏFDAŞLAR


Məqalələr

Şair Şahnigar xanım Rəncurun ədəbi portreti

Minaxanım Nuriyeva Təkləli
DOI: doi.org/10.48445/w1431-4490-5774-u
ORCID ID: https://orcid.org/0000-0002-4985-8134
Tarix: 26 Yanvar 2024

XÜLASƏ 

XIX əsr Azərbaycan tarixinin mürəkkəb və ziddiyətli dövrü olmaqla yanaşı, öz zənginliyi və mövzu mənbələri baxımından ədəbiyyatımızın ən məhsuldar mərhələlərindən biri hesab edilir. Lakin buna baxmayaraq, bu dövrdə yaşayan ədib və şairlərin demək olar ki, böyük bir qisminin həyat və yaradıcılığı hələ də diqqətdən kənarda qalmaqdadır. Təbii olaraq, buna mənbə qıtlığı ilə yanaşı, əski əlifba probleminin səbəb olduğunu da nəzərə almalıyıq. Məqalədə bu qəbildən olan mütəfəkkir şairimiz – Azərbaycanda və Amasiyada (Türkiyə) yaşamış Mir Həmzə Nigarinin sadiq davamçılarından olan Şahnigar xanım Rəncurun həyatı, ədəbi fəaliyyəti və çevrəsi barədə əldə etdiyimiz məlumatlar əsasında ədəbi portretini canlandırmağa çalışacağıq.  


AÇAR SÖZLƏR 

Nigari, Rəncur,  şeir, ədəbiyyat,  mənbə 

Məqaləni yüklə

İNDEKSLƏMƏ