TƏRƏFDAŞLAR


Məqalələr

Repressiya qurbanı olan ədiblərimizin ana dili tədrisinin zəruriliyi uğrunda mübarizəsi

Kamal Camalov
DOI: https://dx.doi.org/10.48445/TAIIJ.2021.86.20.008
ORCID ID: https://orcid.org/0000-0003-1977-7250
Tarix: 20 Dekabr 2023


XÜLASƏ 

Məqalədə repressiyaya məruz qalan Azərbaycan ədibləri – Firidun bəy Köçərli, Ömər Faiq Nemanzadə, Hüseyn Cavid, Yusif Vəzir Çəmənzəminlinin ana dili və onun tədrisi uğrunda mübarizələri tədqiq və təhlil obyektinə çevrilmişdir. Göstərilir ki, repressiya qurbanlarının pedaqoji irsinin öyrənilməsi yalnız tarixilik nöqteyi-nəzərdən deyil, həm də bu günümüz üçün faydalıdır. Repressiya qurbanlarının pedaqoji irsində təlim məsələləri – təlimin funksiyaları, prinsipləri, metodları mühüm yer tutur. Məslək və amal dostları XX əsrin əvvəllərində Azərbay-canda genişlənən təlimin ana dilində aparılması ideyasının tərəfdarı olmuş, onun ictimai-siyasi və pedaqoji əhə-miyyətini şərh etmişlər. Məqalədə maraq kəsb edən yanaşmalardan biri də dərsliklərin anlaşıqlı, sadə və aydın ana dilində, elmi və pedaqoji əsaslara uyğun yazılmasına münasibətin bildirilməsidir. Məqalədə vətən fədailərinin Azərbaycan məktəblərində ana dilinin tədrisinin zəruriliyi və əhəmiyyəti haqqında fikir, ideya və görüşləri elmi ümumiləşdirmələrlə təhlil edilmişdir. 


AÇAR SÖZLƏR 

repressiya qurbanları, ana dili və onun tədrisi, dilin saflığı, ədəbi dilin yaradılması uğrunda mübarizə, ana dili və onun məktəblərdə tədrisi haqqında fikirlər, ana dilində aparılan təlimin ictimai-pedaqoji əhəmiyyəti 

Məqaləni yüklə

İNDEKSLƏMƏ