TƏRƏFDAŞLAR


Məqalələr

Əhməd Cavad poeziyasında poetik sintaksis haqqında bəzi qeydlər (“Səsli qız” poeması əsasında)

Ədalət Abbasov
DOI: doi.org/10.48445/l2680-9347-6952-w
ORCID ID: https://orcid.org/0000-0002-9704-1874
Tarix: 26 Yanvar 2024

XÜLASƏ 

Azərbaycanın ədəbi-bədii fikir tarixində özünəməxsus dəst-xətti ilə seçilən görkəmli ədib Əhməd Cavadın istər “Qoşma” adlı ilk kitabında, istərsə də yaradıcılığının dinamik səviyyəsinin təzahürü olan və əsərlərinin böyük hissəsinin toplandığı “Dalğa” kitabında xalq ədəbiyyatının təsiri aydın şəkildə hiss olunur. Eyni poetik duyğu, obrazlı (ekspressiv) şərait, estetik zövq şairin digər əsərlərində olduğu kimi, “Səsli qız” poemasında da qüvvətlidir. Söz və ifadələrin yerli-yerində, kommunikativ funksionallıq cəhətdən məqamında işlədilməsi sayəsində oxucu poetik ideya və obrazlar aləmində fəal bir şəxsə çevrilir. Misralarda sanki incitək düzülən sözlər semantik (poetik) mühitin formalaşmasına, nəticədə isə ideya-məzmun xəttinin qüvvətlənməsinə xidmət edir. Şair dilin informativ və ekspressiv funksiyalarından geniş kontekstdə istifadə etdiyi “Səsli qız” poemasında zəngin məcazlardan – bədii təsvir və poetik fiqurlardan kifayət qədər bəhrələnərək poetik sintaksis mühitinin formalaşdırılmasına nail olmuşdur.


AÇAR SÖZLƏR 

dinamik səviyyə,  rəvan dil,  neytral leksika,  poetik semantika,  sintaktik fikir 

Məqaləni yüklə

İNDEKSLƏMƏ