Əhməd Cavad və ədəbi dilimiz
Sədaqət HəsənovaDOI: doi.org/10.48445/a7028-2818-4035-w
ORCID ID: https://orcid.org/0000-0002-0839-8469
Tarix: 26 Yanvar 2024
XÜLASƏ
Məqalədə Azərbaycanın tanınmış şairi Əhməd Cavadın yaradıcılığı linqvistik baxımdan tədqiq edilir, şairin ədəbi dilimizdəki mövqeyi müəyyənləşdirilir və onun Azərbaycan dilinə münasibəti aydınlaşdırılır. Araşdırmada Əhməd Cavadın sözlərə məna verməsi, yeni ifadələr yaratması məsələsinə də toxunulur. Tədqiqat zamanı indiyə qədər lüğətlərdə qeyd olunmayan bir sıra sözlərdən də bəhs edilir. Həmin sözlərin üzə çıxarılması üçün bədii dilin araşdırılmasının zəruriliyi əsaslandırılır.
AÇAR SÖZLƏR
dil, üslub, söz, ifadə, məna