Bədən üzvləri ilə bağlı olan frazeoloji birləşmələr
Tərlan AbdullayevaDOI: doi.org/10.48445/o4084-9105-9596-g
ORCID ID: https://orcid.org/0000-0002-2027-301X
Tarix: 26 Yanvar 2024
XÜLASƏ
Dildəki frazeoloji birləşmələri öyrənən Frazeologiya elmi dilçiliyin müstəqil şöbəsi kimi dilin xüsusi təbəqəsini təşkil edir. Bu birləşmələrin tarixi kökləri qədim dövrlərə dayansa da, onun müstəqil bir elm kimi inkişafı XX əsrin əvvəllərindən başlamışdır. Frazeologiyanın bir elm kimi tədqiqi tarixi isveçli dilçi alim Ş.Ballinin adı ilə bağlı olsa da, linqvistik inkişafın öyrənilməsi tarixi rus dilçiliyi ilə əlaqəli olmuş, bu haqda çox sayda elmi əsərlər, həmçinin tədqiqat xarakterli məqalələr yazılmışdır. Dilin zənginləşməsində frazeoloji birləşmələrin xüsusi əhəmiyyəti vardır. Bu vahidlər dilin lüğət tərkibinin ayrılmaz və zəngin xüsusiyyətə malik qatını təşkil edir. Məqalədə bədii ədəbiyyatda istifadə edilən bədən üzvləri ilə bağlı frazeoloji birləşmələr araşdırılmış və verilən nümunələr əsasında tədqiqata cəlb edilmişdir.
AÇAR SÖZLƏR
dilçilik, frazeoloji birləşmələr, bədən üzvləri, somatik ifadələr, bədii ədəbiyyat