Omonimik hadisə olan omoformlar və onların üslubi imkanları (dastanlar əsasında)
Aytac RəcəbliDOI: doi.org/10.48445/a4768-1033-2456-m
ORCID ID: https://orcid.org/0000-0003-1307-6920
Tarix: 26 Yanvar 2024
XÜLASƏ
Azərbaycan dilinin leksikasına nəzər salsaq görərik ki, omonimliyə tələffüz, yazılış, forma baxımından fərqli və oxşar sözlər daxildir. Omonimik hadisələrdən biri omoformlar hesab edilir. Yunan dilindən götürülən bu termin “eyni formalı sözlər” mənasını verir. Omoformlar fonoloji sistemin leksik sistemə təsiri nəticəsində əmələ gəlir. Bu sözlər müxtəlif köklərə və qrammatik işarələrə malikdir. Onları təşkil edən komponentlər qrammatik şəkilçilərlə düzülür. Omoformların tələffüzünə diqqət etsək, onların səs baxımından fərqləndiyinin şahidi olarıq. Məqalədə dastanlar əsasında omonimik hadisə olan omoformlar və onların üslubi imkanları araşdırılmışdır.
AÇAR SÖZLƏR
omoformlar, omofonlar, omoqraflar, leksika, sözün mənası