Təlim texnologiyası ‒ keys-metod
Soltan HüseynoğluDOI: doi.org/10.48445/e4405-5108-7563-e
ORCID ID: https://orcid.org/0000-0003-4182-6653
Tarix: 26 Yanvar 2024
XÜLASƏ
Dünya təhsil sisteminə inteqrasiya təlimin məzmununda, təşkilində, metodlarında əhəmiyyətli dəyişikliyə səbəb oldu. Bu baxımdan yeni təlim texnologiyaları ilə tanışlıq, onların tətbiqinə səy göstərilməsi diqqəti xüsusilə cəlb edir. Təəssüf ki, bu texnologiyaların mahiyyəti, ümumtəhsil məktəblərində tətbiqinin nə dərəcədə yararlı və faydalı olması pedaqoji elmimizdə qədərincə araşdırılmır. Bu istiqamətdə xüsusi tədqiqatın aparılmasına da lazımınca diqqət yetirilmir. Təcrübədən aydınlaşır ki, treninqlər, tərcümə materialları əsasında mənimsənilən biliklər praktik işin səmərəli təşkili üçün qətiyyən kifayət deyildir. Məqalə yeni texnologiyalardan hesab olunan keys-metodla bağlı tədqiqat əsərlərinin əsasında yazılıb və onlardakı fikirlərə münasibət bildirilib. Başlıca məqsəd diqqəti keys-metodun mühüm xüsusiyyətlərinə və ziddiyyətli məqamlarına cəlb etməkdir.
AÇAR SÖZLƏR
texnologiya, keys-metod, keys-stadi, situasiya, təsnifat