TƏRƏFDAŞLAR


Məqalələr

Əhməd Cavad yaradıcılığında milli tərbiyə nümunəsinin yeri və rolu

Kamal Camalov
DOI: doi.org/10.48445/x9797-8803-8990-q
ORCID ID: https://orcid.org/0000-0003-1977-7250
Tarix: 26 Yanvar 2024

XÜLASƏ

Məqalədə xalq maarifi carçısı sayılan Əhməd Cavad yaradıcılığındakı maarifçilik ideyaları tədqiq-təhlil obyektinə cəlb edilmişdir. Qeyd edilir ki, şairin azərbaycançılıq ruhu onun vətənpərvərlik məzmunlu şeirlər yazmasına səbəb olmuşdur. Əhməd Cavad xalqı vətənin istiqlalı uğrunda mübarizəyə çağırmaq üçün bir çox demokratik mətbuat səhifələrində çıxış edərək, əsərlərində gəldiyi qənaətləri doğru şəkildə ifadə etməyi bacarmışdır. Azərbaycan xalqının milli və dini təəssübkeşi Əhməd Cavad öz yaradıcılıq dəsti-xətti ilə gənclərin, o cümlədən yeniyetmələrin milli ruhda tərbiyə edilməsinin əhəmiyyətini dəqiqləşdirmiş, vətənpərvərlik, milli mənlik şüuru, milli ləyaqət, xalqın dilinə, dininə, adət-ənənələrinə, ədəbiyyatına, tarixinə hörmətlə yanaşmağı, onu qoruyub saxlamaq və inkişaf etdirməyi əxlaqi-mənəvi keyfiyyət hesab etmişdir. İnsaniyyətə, insanpərvərliyə xidmət edən şair parlaq boyalarla tərənnüm etdiyi əməkçi insan obrazında insanların bir-birini qardaş kimi sevməyinin şərəfli bir iş olduğunu qeyd etmişdir.

AÇAR SÖZLƏR

xalq maarifi carçısı sayılan Əhməd Cavad, maarifçilik, vətən və vətənpərvərlik, milli mənlik şüuru, milli oyanış

Məqaləni yüklə

İNDEKSLƏMƏ