TƏRƏFDAŞLAR


Məqalələr

Qasım bəy Zakirin XIX əsr ictimai satiranın, uşaq ədəbiyyatının yaranması və inkişafında rolu

Pərixanım Soltanqızı Hüseynova
DOI: doi.org/10.48445/m5225-8417-3329-d
ORCID ID: https://orcid.org/0000-0001-9391-6162
Tarix: 26 Yanvar 2024

XÜLASƏ

Məqalədə Qasım bəy Zakirin XIX əsr ictimai satiranın, uşaq ədəbiyyatının yaranması və inkişafında rolu araşdırılır, ədəbi-bədii yaradıcılığı tədqiq olunur, həmçinin “Durnalar”, “Dərviş və qız”, “Xain yoldaşlar haqqında”, “Sədaqətli dostlar”, “Aslan, Qurd və Çaqqal”, “Dəvə və Eşşək”, “Tülkü və Şir”, “Tərlanlar və Elçilər” və s. mənzum hekayə və təmsilləri diqqət önünə çəkilərək təhlil olunur. Məqalədə, eyni zamanda uşaqların inkişafı və dünyagörüşlərinin formalaşmasında, onlara humanizm, bəşəri hisslərin aşılanmasında şairin əsərlərinin əhəmiyyətindən danışılır. Müəllif təhlillərini sitatlar üzərində apararaq elmi polemikaya yer ayırır. Tədqiqatçı sonda belə bir nəticəyə gəlir ki, Q.Zakirin istər satirik şeir və mənzum hekayələri, istərsə də təmsilləri əxlaqi-tərbiyəvi əhəmiyyət daşıyır.

AÇAR SÖZLƏR

XIX əsr, uşaq ədəbiyyatı, təmsil, mənzum hekayə, təlim-tərbiyə, humanizm, ədalət

Məqaləni yüklə

İNDEKSLƏMƏ