TƏRƏFDAŞLAR


Məqalələr

Qeyri-həmcins təyinlər

Nabatəli Qulamoğlu
DOI: doi.org/10.48445/v8120-0294-5058-r
ORCID ID: https://orcid.org/0000-0002-6241-4490
Tarix: 26 Yanvar 2024

XÜLASƏ

Məqalədə qeyri-həmcins təyinlərin tədqiqat tarixinə qısa ekskursiya edilərək onların müqayisəli şəkildə öyrənilməsinə cəhd edilmişdir. Sirr deyil ki, qeyrihəmcins təyinlər nə Azərbaycan, nə də rus dillərində geniş tədqiq edilib. Məhz bu səbəbdən onunla bağlı xeyli qeyri-müəyyənliyin olduğu vurğulanaraq hər iki dil bu aspektdən müqayisə edilmiş, qeyri-həmcins təyinlərin ifadə vasitələri göstərilmişdir. Məqalədə dilçi alimlərimizin qeyri-həmcins təyinlər barədə apardığı tədqiqat işlərinin nəticələri ümumiləşdirilmiş, ən başlıcası, indiyə kimi təyinlərin təyinlənənə münasibətdə təsnifatının aparılmadığı vurğulanmışdır. Dilçilik tariximizdə ilk dəfə olaraq bu prinsip əsasında klassifikasiya aparılmışdır. Təsnifata daxil olan hər bir növə aid nümunələr verilmiş və təhlil edilmişdir. Müəllif öz fikirlərini möhkəmləndirmək üçün sxemlərdən istifadə etmiş, burada təyin, təyinin təyini və əsas təyinlənən arasındakı sintaktik əlaqələr göstərilmişdir. Dilçilər həmcins və qeyri-həmcins təyinlər arasında sərhəd müəyyən etməyin çətin olduğunu vurğulamışlar. Ən mühümü, həmin sərhəd konkret müəyyən edilmişdir.

AÇAR SÖZLƏR

təyin, təyinin təyini, qeyri-həmcins təyin, həmcins təyin, təyinlənən

Məqaləni yüklə

İNDEKSLƏMƏ