Sintaktik funksiyaların formalaşmasında qoşmaların rolu
Rəhilə HümmətovaDOI: doi.org/10.48445/c2101-5569-9702-b
ORCID ID: https://orcid.org/0000-0003-2521-6361
Tarix: 26 Yanvar 2024
XÜLASƏ
Qoşmalar sözlər arasında sintaktik əlaqə və ya münasibət yaratmaqla mənanın daha konkret və dəqiq ifadə olunmasına, danışanın məqsədindən asılı olaraq fikrə xüsusi məna incəliyi verilməsinə xidmət edir. Sintaktik vahidlərin qurulmasında müstəqil və köməkçi sözlər, işarə və nisbi əvəzliklər (leksik elementlər), cümlə üzvləri, cümlə sıralanması və intonasiya əsas faktorlardır. Söz formalarının sintaktik əlaqə yaradan elementləri qrammatik şəkilçilər və qoşmalardır. Qrammatik şəkilçilərin ifadə edə bilmədiyi formal və semantik əlaqələr qoşmalar vasitəsilə həyata keçirilir. Sintaktik vahidlərin qurulmasında bütün dil vahidləri, eləcə də qoşma sözlər arasında sintaktik əlaqə yaradır, mənanın dəqiq ifadə olunmasını təmin edir. Qoşmalar qrammatik-semantik əlaqənin formalaşmasına da xidmət edir.
AÇAR SÖZLƏR
qoşma, qoşmanın semantik qrammatik xüsusiyyətləri, qoşmaların sintaksislə əlaqəli tədrisi