Azərbaycan dili dərslərində müasir təlim metodları ilə dil qaydalarının öyrədilməsi yolları
Könül MəmmədovaDOI: doi.org/10.48445/j3952-7156-3432-k
ORCID ID: https://orcid.org/0000-0001-8664-4912
Tarix: 26 Yanvar 2024
XÜLASƏ
Məqalədə Azərbaycan dili dərslərində müasir təlim metodları ilə dil qaydalarının öyrədilməsi metodikasından bəhs olunur. Azərbaycan dilinin ümumtəhsil məktəblərində tədris olunması şagirdlərdə nitq mədəniyyətinin inkişafına şərait yaradır. Bu fənn vasitəsi ilə şagirdlər Azərbaycan dilinin səs, lüğət tərkibinə bələd olur, dil qaydalarını mənimsəyir, ana dilini mükəmməl öyrənməklə yalnız bu fənnin deyil, digər fənlərin də tələblərini asanlıqla qarşılayırlar. Kurikulum ölkəmizdə tətbiq olunandan bəri ibtidai siniflərdə də Azərbaycan dili fənni bu təhsil proqramına uyğun tədris edilir. Linqvistik biliklərin mənimsənilməsi şagirdlərin yazılı və şifahi nitq qabiliyyətlərinin inkişafında mühüm rol oynayır. Bu, eyni zamanda nitqin mədəniliyini qavramaq üçün qoyulan tələblərin, fərdi və funksional üslubların əsas xüsusiyyətlərinin mənimsənilərək müqayisə olunmasına və təcrübədə tətbiqinə zəmin yaradır.
AÇAR SÖZLƏR
müasir təlim metodları, dil qaydaları, məzmun xətti, linqvistik biliklər, ümumi təhsil