TƏRƏFDAŞLAR


Məqalələr

Ali məktəblərdə uşaq ədəbiyyatı mövzusunda seçmə fənlərin tədrisində M.T.Sidqi irsindən istifadənin rolu

Nurlana Əliyeva
DOI: https://dx.doi.org/10.48445/TAIIJ.2021.90.46.010
ORCID ID: https://orcid.org/0000-0001-9698-5825
Tarix: 20 Dekabr 2023


XÜLASƏ 

Ali məktəblərin filoloji yöndəki fakültələrində tədris olunan fənlər içərisində uşaq ədəbiyyatının özünəməxsus yeri və rolu vardır. Hər bir xalqın ədəbiyyatı onun mənəvi ruhunun, mədəniyyətinin, varlığının göstəricilərindən biri və əsasıdır. Ədəbiyyat zaman-zaman Azərbaycan xalqının da çoxcəhətli mədəniyyəti və dünyagörüşünü əks etdirən mötəbər mənbələrindən biri olmuşdur. O, həm də, dövrün, cəmiyyətin güzgüsüdür. Xalqımızın tarixi dəyəri, dünya xalqları içərisində yeri, milli-mənəvi özəllikləri onun ədəbiyyatında əks olunaraq uzun və maraqlı inkişaf yolu keçmişdir. Həmin inkişaf prosesində qazandığı uğurlarla, özəl keyfiyyətlərlə Azərbaycan ədəbiyyatı Şərq, eləcə də dünya ədəbiyyatında öz izini buraxmış, özünəməxsus mövqeyə malik olmuşdur. Bu mənada uşaq ədəbiyyatı da unudulmamalıdır.  


AÇAR SÖZLƏR 

M.T.Sidqi, uşaq ədəbiyyatı, tədris, Naxçıvan ədəbi mühiti 


 

Məqaləni yüklə

İNDEKSLƏMƏ