TƏRƏFDAŞLAR


Məqalələr

Orfoqrafiya təlimində istifadə edilən iş növləri

Fəridə Səfərəliyeva
DOI: doi.org/10.48445/o9506-8959-0721-v
ORCID ID: https://orcid.org/0000-0003-1161-5759
Tarix: 26 Yanvar 2024

XÜLASƏ

Şifahi nitq yazılı nitqin formalaşması və inkişafı üçün zəmin yaradır. Əminliklə demək olar ki, şifahi nitq ünsiyyət formasının ilki, başlanğıcıdır. Yazı prosesində sözün tələffüzü və eşidilməsi əsasdır. Buna görə də fonematik təhlil prosesində nitq səslərini və sözləri düzgün tələffüz etmək, eşitmək və nitq səslərini fərqləndirmək savadlı yazı üçün zəruri olan məsələlərdəndir. Bəzən şifahi nitqdə olan qüsur və çatışmazlıqlar eyni ilə yazıya köçürülür. Ona görə də yazı təliminin ilk dövrlərindən yazılı və şifahi nitq arasındakı qarşılıqlı münasibət müqayisənin köməyi ilə aydınlaşdırılmalıdır. Orfoqrafik cəhətdən düzgün yazmaq üçün, ilk növbədə, sözlər düzgün tələffüz olunmalıdır. Düzgün və savadlı yazı üçün tələffüzdəki səhvlərin aradan qaldırılması zəruri məsələdir. İbtidai siniflərdən başlayaraq düzgün tələffüz və düzgün yazı bir-biri ilə qarşılıqlı əlaqədə olduğundan, bu sahədə iş tam şəkildə aparılmalıdır. 

AÇAR SÖZLƏR

ədəbi tələffüz, orfoqrafiya, imlalar, ifadə və inşalar

Məqaləni yüklə

İNDEKSLƏMƏ