Orfoqrafiyanın morfologiya ilə inteqrativ tədrisi
Nabat CəfərovaDOI: doi.org/10.48445/j4163-6888-0148-f
ORCID ID: https://orcid.org/0000-0003-0684-9374
Tarix: 26 Yanvar 2024
XÜLASƏ
Orfoqrafiyanın dil qaydaları, o cümlədən morfologiya ilə əlaqələndirilməsi mühüm təlim əhəmiyyətli prinsipdir. Təlimin bu istiqamətdə qurulması şagirdlərin morfoloji, orfoqrafik bilik və bacarıqlarının artmasına səbəb olur. İbtidai siniflərdə Azərbaycan dilinin morfologiyası üzrə verilən biliklər şagirdlərin nitqini inkişaf etdirmək, qrammatik qanunlar əsasında yazı qaydalarını öyrətmək kimi praktik məqsəd daşıyır. Sözlərin düzgün yazılışı şagirddən bu qaydaları yaxşı qavramağı və onları doğru şəkildə tətbiq etməyi tələb edir. Morfologiyanın tədrisi ilə fonetika, orfoqrafiya, orfoepiya, leksika, sintaksis, üslubiyyat arasında sıx əlaqənin yaradılmaması bu vaxtadək ciddi nöqsan olaraq qalmaqdadır. İbtidai siniflərdə morfoloji anlayışların orfoqrafik qaydaların mənimsənilməsi ilə inteqrasiyası şagirdlərin düzgün və savadlı yazı vərdişlərinə yiyələnməsinə səbəb olur. Sözün tərkibinə görə təhlili sözdə orfoqramların düzgün yazılış qaydasını mənimsəməyə imkan verir.
AÇAR SÖZLƏR
dil qaydaları, orfoqrafiya, morfologiya, inteqrasiya, yazı qaydaları