Cənubi Azərbaycan poeziyasının inkişafında yeni mərhələ
Elnurə AbdullayevaDOI: doi.org/10.48445/m1997-9750-8359-c
ORCID ID: https://orcid.org/0009-0001-5032-9045
Tarix: 26 Yanvar 2024
XÜLASƏ
1941‒1946-cı illər Cənubi Azərbaycan poeziyasının əsas mənzərəsi, demək olar ki, “Şairlər məclisi” və onun nəşr etdiyi məcmuədə öz əksini tapmışdır. Məqalədə həmin illərə aid Cənubi Azərbaycan ədəbiyyatında anadilli poeziyanın coşqun inkişaf mərhələsi araşdırılır. Həmçinin “Azərbaycan”, “Vətən yolunda” qəzetlərində, “Şairlər məclisi” məcmuəsində və digər mənbələrdə dərc olunan poetik nümunələr mövzularına görə qruplaşdırılaraq təhlil olunur, imkan daxilində dövrün ədəbi simaları haqqında da məlumatlar verilir. Mövcud dövr ədəbiyyatın inkişafında yeni mərhələ adlandırılır və hesab edilir ki, bu illərin poeziyasını “milli kimlik uğrunda mübarizə poeziyası” da adlandırmaq olar. Vətənpərvərlik, xalqa, onun amal və arzularına xidmət, azadlığa, istiqlala çağırış bu dövr Cənubi Azərbaycan ədəbiyyatının əsas ideya istiqamətini təşkil edirdi.
AÇAR SÖZLƏR
Cənubi Azərbaycan, poeziya, milli kimlik, poetik əsərlər