Nizami Gəncəvinin “Xəmsə”sində insan hüquqlarının təbliği
Aynur SəfərliDOI: doi.org/10.48445/s3678-3844-0756-y
ORCID ID: https://orcid.org/0000-0002-01104659
Tarix: 26 Yanvar 2024
XÜLASƏ
Məqalədə dahi Azərbaycan şairi Nizami Gəncəvi irsində insan haqlarının təbliği, hökmdar ədaləti, hüquq düşüncəsi kimi aspektlərə aydınlıq gətirilməyə çalışılmışdır. “Xəmsə”yə daxil olan poemalarda qeyd olunan məsələlər incələnmiş, ədalətli hökmdar məsələsi şairi düşündürən vacib məsələlərdən biri olduğu diqqətə çatdırılmışdır. Ümumiyyətlə, Nizami üçün sadə xalq kütləsinin hüquqlarının tapdanmaması ən vacib məsələlərdən biri olmuşdur.
AÇAR SÖZLƏR
Nizami irsi, “Xəmsə”, ədalətli hökmdar, insan haqları, hüquqi düşüncə