TƏRƏFDAŞLAR


Məqalələr

Azərbaycan dastanlarında multikultural dəyərlər, etnik və dini tolerantlıq

Pərixanım Soltanqızı (Hüseynova)
DOI: doi.org/10.48445/v0122-4485-7375-y
ORCID ID: https://orcid.org/0000-0001-9391-6162
Tarix: 26 Yanvar 2024

XÜLASƏ

Məqalədə multikultural dəyərlər, etnik və dini tolerantlıq araşdırılır. Tədqiqat “Kitabi-Dədə Qorqud”, “Koroğlu” və “Əsli və Kərəm” dastanları üzərində aparılır. Öncə dastan növləri ‒ qəhrəmanlıq və məhəbbət dastanları arasındakı oxşar və fərqli xüsusiyyətlər şərh edilir, islam, iudaizm, xristianlıq dinindən olan qadın obrazları arasındakı oxşar xüsusiyyətlərdən söz açılır, qəhrəmanlıq, məhəbbət motivləri önə gətirilir. “Əsli və Kərəm” dastanında erməni qızı ilə müsəlman oğlanın bir-birinə olan sevgisindən, nəticədə bu sevginin faciə ilə tamamlanmasından söhbət açılır. “Koroğlu” dastanında Koroğlu və onun dəliləri tarixi şəxsiyyətlər kimi araşdırılır. Burada islam qayda-qanunlarına əməl olunmaması, dini, milli mənsubiyyət fərqinin olmaması, tolerantlıq önə çəkillir. Azərbaycan xalqının qədim dövrlərdən bəri çoxmədəniyyətliliyi elmi-bədii cəhətdən əsaslı şəkildə şərh olunur.

AÇAR SÖZLƏR

Azərbaycan ədəbiyyatı, poetika, dastan janrı, multikultural dəyərlər, tolerantlıq 

Məqaləni yüklə

İNDEKSLƏMƏ