Yusif Vəzir Çəmənzəminlinin gözəllik tərbiyəsi və ya sevginin dili
Minaxanım Nuriyeva TəkləliDOI: doi.org/10.48445/j6071-1172-5079-r
ORCID ID: https://orcid/org//0000-0002-4985-8134
Tarix: 26 Yanvar 2024
XÜLASƏ
Yusif Vəzir Çəmənzəminlinin öz ideya-bədii dəyərləri ilə irihəcmli əsərlərinə bərabər tutulan “Qız məktəbində”, “Divanə”, “Bir qəpik”, “Cümə axşamı”, “Əziz”, “Borclu”, “Nahaq qan”, “Toy” və s. bu kimi hekayələrində dövrün ictimai bəlaları – gerilik, cahillik problemləri əks olunur. Mövzusu real həyatdan alınmış, böyüklərlə yanaşı uşaq obrazlarının da yer aldığı bu əsərlərdə artıq əsrin əvvəllərində ədəbi meyillər milli dirçəlişə, yeni insan tərbiyəsinə istiqamətlənmişdi. Ədəbi-bədii təcrübələri ilə bu milli ruhu oyadan, onu tərbiyə etməklə gücləndirən Sultanməcid Qənizadə, Abdulla Şaiq, Firidun bəy Köçərli kimi maarifçilərlə yanaşı bu sahədə Yusif Vəzir Çəmənzəminlinin də xidmətləri danılmazdır.
AÇAR SÖZLƏR
ailə, uşaq, folklor,
maarifçi, ədəbiyyat,
ana, qadın