Cəfər Cabbarlı dramaturgiyasında müəllif dünyagörüşü və tarixilik
Təyyar SalamoğluDOI: doi.org/10.48445/z6878-4819-3959-s
ORCID ID: https://orcid.org/00001-8364-1580
Tarix: 26 Yanvar 2024
XÜLASƏ
Məqalədə Cabbarlı dramaturgiyasının ikinci dövrü müəllif dünyagörüşü və tarixilik kontekstində əsas tədqiqat obyekti kimi araşdırılır. Sovet rejiminin ədəbiyyat siyasəti qısa xülasə edilir, rejimin sənətkar üzərinə basqıları və onun dünyagörüşündə bu basqılardan irəli gələn çevrilişin mahiyyəti üzərində dayanılır, “Oqtay Eloğlu” Cabbarlı dünyagörüşünün siyasi rejimə müqaviməti kontekstində təhlil edilir. Məqalədə həmçinin həbsxana həyatının sənətkar dünyagörüşündə metamorfozalara yol açması “Od gəlini” və ondan sonra yazılan pyeslərin təhlili ilə əsaslandırılır, “Od gəlini”ndəki “azad cəmiyyət”in əxlaqi sapıntılarının metaforası açılır.
AÇAR SÖZLƏR
ədəbiyyat, metamorfoza, milli birlik, dini inanc, sosialist realizmi