Morfologiya təlimində orfoqrafiya üzrə aparılan işlər
Pəri PaşayevaDOI: doi.org/10.48445/k6725-1606-2866-v
ORCID ID: https://orcid.org/0000-0002-8332-3387
Tarix: 26 Yanvar 2024
XÜLASƏ
Dil qaydalarının dərk oluna bilən qanunauyğunluqlar əsasında tədris olunması şagirdlərin idrak fəallığını, şüurluluğunu təmin etməklə yanaşı, qazanılan biliklərin təcrübi, tətbiqi istiqamətlərini, ünsiyyət imkanlarını dəqiqləşdirən sistemə çevirir. Dil sistemində fəaliyyət göstərən daxili qanunauyğunluqlar onu tənzimləyir və dilin mövcudluğunu təmin edir. Bu sistemin bir tərəfində ən kiçik dil vahidi olan fonem (mənalı səs), digər tərəfində isə dil vahidlərinin ən mükəmməl konstruksiyası olan cümlə dayanır. Dilin elmi mahiyyətinin qavranılmasında ardıcıllıq və varislik prinsipi gözlənilməklə onun düşünmə, öyrənmə və danışma vasitəsi olması diqqət mərkəzində saxlanılır. Məqalədə bu kimi məsələlər elmi əsasda şərh olunur.
AÇAR SÖZLƏR
dil qaydaları, morfoloji
biliklər, orfoqrafiya,
daxili qanunauyğunluqlar