Əlavə konstruksiyaların mətndə rabitəlilik kateqoriyasını reallaşdıran xüsusiyyətləri
Rəfanə İsayevaDOI: doi.org/10.48445/x7495-7915-5473-e
ORCID ID: https://orcid.org/0000-0003-2668-5602
Tarix: 26 Yanvar 2024
XÜLASƏ
Tədqiqat işində mürəkkəb sintaktik bütövlərin tərkibində olan əlavə konstruksiyalardan bəhs olunur. Əlavə konstruksiyalar özündə mürəkkəb sintaktik bütövlərin mikromövzusu ilə məna cəhətdən sıx əlaqədar dəqiqləşdirici əlavə məlumat ehtiva edir. Bu konstruksiya təhkiyənin ardıcıllığını poza bilsə də, mürəkkəb sintaktik bütövlərin daxilindəki hərəkətlər arasındakı zaman münasibətlərinə xələl gətirmir.
AÇAR SÖZLƏR
Azərbaycan dili, mətn, rabitəlilik, əlavə konstruksiyalar, linqvistika