Azərbaycan dili dərslərində inteqrasiyanın yaradılmasında pedaqoji üsul və metodların istifadə imkanları
Rəhilə HümmətovaDOI: doi.org/10.48445/p1325-2013-5372-s
ORCID ID: https://orcid.org/0000-0003-2521-6361
Tarix: 26 Yanvar 2024
XÜLASƏ
Təlim prosesində fənlərin inteqrativ əsaslarla tədrisi müasir dərsə verilən tələblərdən biridir. İnteqrasiya termini təhsildə XX əsrin sonundan etibarən daha aktiv şəkildə istifadə olunmağa başlansa da, əslində, onun ifadə etdiyi məzmun həyatın, cəmiyyətin içərisində mövcud olmuşdur. Müasir cəmiyyətdə baş verən sosial proseslər, ölkələrarası iqtisadi-mədəni əlaqələrin formalaşması və möhkəmlənməsi təhsilin inkişafında xüsusi tələblər irəli sürür. Bu tələblərdən biri də təlimdə inteqrativliyin təmin olunmasıdır. Vaxtında və mövzunun məqsədinə uyğun inteqrasiya təlim prosesində dilə bütöv bir sistem kimi yanaşmağı, hər bir mövzunun zəncirin qırılmaz həlqələri olduğu fikrini dərk etməyi tələb edir. Məqalədə inteqrasiyanın yaradılmasında, mövzuların şüurlu olaraq dərk edilməsində alqoritmik məsələ, linqvistik eksperiment, müqayisə və s. pedaqoji üsullardan istifadə imkanları, həmçinin onlara aid nümunələr əks olunub.
AÇAR SÖZLƏR
inteqrasiya, oxşar dil
faktlarının fərqləndirilməsi,
alqoritmik məsələ,
linqvistik eksperiment